"Fənərbaxça" braziliyalı futbolçu Anderson Talişka ilə bağlı qərarını verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda 31 yaşlı yarımmüdafiəçi ilə yollarını ayıracaq.
Klub rəhbərliyi Talişkanın maaş tələbləri və qeyri-sabit çıxışı səbəbindən onunla müqaviləni yeniləmək niyyətində deyil.
Onunla Braziliyanın bir neçə klubu maraqlanır və futbolçunun karyerasını vətənində davam etdirmək ehtimalı yüksəkdir.
Xatırladaq ki, Anderson ötən mövsümün qış fasiləsində "Əl-Nəssr"dən "Fənərbaxça"ya transfer olunmuşdu. O, cari mövsümdə İstanbul klubunun heyətində 12 oyuna çıxıb, 3 qol vurub və 1 məhsuldar ötürmə ilə yadda qalıb.
- Rekord təkrarlandı: Bir turda 7 legioner baş məşqçi
- "Qalatasaray" "Fənər"in 2 üzvünü TFF-yə ŞİKAYƏT ETDİ
- Adil Şükürov: "Kəpəz"lə ilkin danışıqlarımız olub, amma..."
- “Qəbələ”nin ispan futbolçusu: “Qarabağ” "Atletik"lə oyunda yaxşı nəticə əldə edə bilər"
- Vlahoviç La Liqa nəhənginə keçmək niyyətindədir