Türkiyənin “Fənərbaxça” klubu növbəti mövsüm üçün transfer planlarını genişləndirib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi mövsümün sonunda İngiltərənin “Liverpul” klubundan ayrılacağı gözlənilən Məhəmməd Salahın transferi üçün təşəbbüs göstərir. Məlumata görə, “sarı-lacıvərdlilər” bir müddətdir misirli hücumçunun meneceri ilə təmasdadır.
Salahın “Liverpul”dan ayrılması rəsmiləşəcəyi təqdirdə, “Fənərbaxça” rəhbərliyi 33 yaşlı forvardı heyətinə qatmaq üçün bütün zəruri addımları atmağa hazırdır. Klub bu transferi reallaşdırmaq məqsədilə həm maliyyə, həm də layihə baxımından ciddi planlar üzərində işləyir.
Qeyd olunur ki, tərəflər arasında razılıq əldə olunmasa belə, “Fənərbaxça” gələn mövsüm üçün eyni səviyyədə başqa bir ulduz futbolçunu transfer etməyi planlaşdırır. İstanbul klubu yeni mövsümdə həm Türkiyə, həm də avrokuboklar arenasında iddialı heyət formalaşdırmaq niyyətindədir.
- “Aston Villa” "Barsa"nın yetirməsi ilə maraqlanır
- "Milan" rəhbərliyi portuqallarla vidalaşır: Konseysao yolun sonunda
- Azər Məmmədov: "Azərbaycan derbisinin yalnız adı qalıb" - Müsahibə
- Prokurorluq Barış Alper Yılmaz və Abdülkerim Bardakçı ilə bağlı açıqlama yayıb
- Bundesliqa: "Bavariya"dan darmadağın