“Fənərbaxça”nın heyətindən kənarda qalan braziliyalı mərkəz müdafiəçisi Rodriqo Bekao yanvar ayında “Fiorentina”ya transfer oluna bilər.
Apasport.az "La Gazzetta dello Sport"a istinadla xəbər verir ki, A Seriyası təmsilçisi müdafiə xəttini gücləndirmək üçün Bekaonu qış transfer pəncərəsinin prioritet hədəflərindən biri kimi müəyyənləşdirib.
Bekaonun yanvarda “Fənərbaxça”dan ayrılması artıq real variant hesab olunur və futbolçu ilə Portuqaliya klublarından birinin də maraqlandığı bildirilir.
Braziliyalı futbolçunun agentinin danışıqları sürətləndirmək üçün hazırda İtaliyada olduğu irəli sürülüb.
29 yaşlı müdafiəçi ilə “Fənərbaxça”nın müqaviləsi 30 iyun 2028-ci ilədək qüvvədədir.
- Kamran Əliyev: "Bu sualın cavabını yalnız Fernandu Santuş bilir"
- ÇL: Yarımfinalın cavab oyunlarının hakimləri bəlli olub
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- "Fənərbaxça" matçı üçün azarkeşlərə müraciət etdilər - "Reyncers"dən nümunəvi addım
- "Liverpul"dan antirekord