Fransa 56 ildən sonra ilk dəfə 5 qol buraxıb
06.06.2025 - 10:18
Millətlər Liqasının yarımfinal mərhələsində İspaniya Fransanı məğlub edib - 5:4.
Apasport.az "Opta"ya istinadla xəbər verir ki, Fransa millisi 1969-cu ilin martından bəri ilk dəfədir ki, bir oyunda 5 və ya daha çox qol buraxır.
56 il əvvəl bu, İngiltərə ilə matçda (0:5) baş verib.
Qeyd edək ki, Millətlər Liqasının finalında İspaniya millisi Portuqaliya yığması ilə qarşılaşacaq. Həlledici qarşılaşma iyunun 8-də baş tutacaq.
- AFFA rəsmiləri Rumıniyada Beynəlxalq Tərəfdaşlar Görüşündə iştirak ediblər
- AVF rəsmisi Türkiyə klubunun oyununa təyinat alıb
- İngiltərə Çempionlar Liqasına 5 komanda göndərəcək
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- Millimizin Ukrayna yığması ilə səfər oyununun yeri məlum olub
0
0