"İnter" Bundesliqadan hücumçu transfer edəcək
13.06.2025 - 10:19
"Ştutqart"ın hücumçusu Nik Voltemad "İnter"in radarına düşüb.
Apasport.az "La Gazzetta dello Sport" nəşrinə istinadla xəbər verir ki, "İnter" forvardı yaxaından izləyir və onu transfer etməyi düşünür.
Voltemad bu mövsüm "Ştutqart"ın heyətində 33 oyunda 17 qol vurub və 3 məhsuldar ötürmə edib.
Bundesliqada parlayan futbolçu Almaniya millisinin heyətinə çağırılıb. 23 yaşlı futbolçu Millətlər Liqasının yarımfinalında Portuqaliya ilə oyunda debüt edib.
"Transfermarkt" onun dəyərini 30 milyon avro olaraq qiymətləndirir.
- Şahruddin Məhəmmədəliyev: "O zərbəni dəf etmək çox çətin idi"
- La Liqa: "Barselona"dan inamlı qələbə
- Qışda "Siti"yə keçdi, mart ayının ən yaxşısı seçildi
- “Beşiktaş” Tammy Abraham transferində “Aston Villa” ilə razılığa yaxındır
- "Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir
0
0