İtaliya nəhəngindən "Barselona"ya
17.03.2025 - 14:45
"Milan"ın hücumçusu Rafael Leau İtaliya çempionatından İspaniya La Liqasına keçə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "El Nacional" məlumat yayıb.
Mənbənin məlumatına görə, futbol agenti Xorxe Mendeş portuqaliyalı futbolçunun transferi ilə bağlı “Barselona”nın prezidenti Joan Laporta ilə danışıqlar aparıb.
Futbolçunun meneceri gələn yay Leaonu transfer etmək üçün Katoloniya klubunu razı salıb. Hazırda tərəflər müqavilənin şərtləri üzərində işləyirlər.
Bu mövsüm Rafael "Milan"ın 39 matçında iştirak edib, 10 qol vurub və 9 məhsuldar ötürmə edib.
- “Real”ın futbolçusu Premyer Liqa klubuna keçə bilər
- İstanbulda mərc qalmaqalı: Futbolçular və klub rəhbərləri saxlanılıb
- Seneqal millisi İngiltərəyə tarixində bir ilki yaşatdı
- "Betis” və "Haydenhaym"dan səfərdə inamlı qələbə - YENİLƏNİB
- Lukas Torreyra: "Heç bir futbolçu "Qalatasaray"dan üstün deyil”
0
0