Jesus "Əl-Hilal"dan ayrıldı - Rəsmi
03.05.2025 - 10:46
Səudiyyə Ərəbistanı təmsilçilərindən "Əl-Hilal" baş məşqçisi Jorje Jesusla yollarını ayırıb.
Apasport.az xəbər verir ki, bu barədə klubun mətbuat xidməti məlumat yayıb.
70 yaşlı mütəxəssisin müqaviləsinə Asiya Çempionlar Liqasının yarımfinalında “Əl-Əhli”yə məğlubiyyətdən (2:3) bir neçə gün sonra xitam verilib.
Komandaya müvəqqəti olaraq Məhəmməd Əl-Şalhub rəhbərlik edəcək.
Təcrübəli çalışdırıcının adı bir müddətdir ki, Braziliya millisi ilə hallanırdı. Səudiyyə klubundan ayrılması bu iddiaları gücləndirib.
Jesus “Əl Hilal”ın baş məşqçisi kimi 99 oyun keçirib.
- “Sabah”dan darmadağın - YENİLƏNİB
- Afrika Millətlər Kuboku: Osimhen və Ndidi fərqləndi, Nigeriya qələbə qazandı
- Şesni “Osasuna” ilə oyunda “Barselona”ya kömək edə bilməyəcək
- Sənan Abdullayev: "Bu bizim üçün də, qarşı tərəf üçün də önəmlidir"
- Elçin Məsiyev Avropa çempionatının yarımfinalına təyinat aldı
0
0