
Türkiyə Super Liqasında "Fənərbaxça" öz meydanında "Beşiktaş"a 1:0 hesabı ilə məğlub olub.
Apasport.az xəbər verir ki, "Fənərbaxça"nın baş məşqçisi Joze Mourinyo matçı və çempionluq şanslarını belə dəyərləndirib:
"Komanda olaraq yaxşı deyildik. Fərdi olaraq da səhvlərə yol verdik. "Beşiktaş"ı təbrik edirəm. Hakim, VAR qərarları, rəqibə verilən 11 metrlik cərimə zərbəsi və bizə verilməyən penalti... Danışmaqdan yorulmuşam artıq. Amma heç nə dəyişmir. Liqanın nəticəsi mövsüm başlamadan öncə müəyyən olunmuşdu. Liqa başlamadan hər şey bəlli idi".
Qeyd edək ki, çempionluq üçün mübarizə aparan "sarı-lacivərdlilər" lider "Qalatasaray"dan 8 xal geri düşüb.
- NBA: “Boston Seltiks” və “Los-Anceles Leykers”dən qələbə
- Müstəqillik Gününə həsr olunmuş karate seminarı keçirilib
- Albaniyadan Zamiq Əliyev və Yusif İmanov barədə açıqlama
- "Komandasında mütəmadi oynamayan futbolçu toplanışa dəvət almayacaq"
- "Qalatasaray" - "Fənərbaxça" derbisini bu hakim idarə edəcək - Rəsmi