Kante addım-addım “Fənərbaxça”ya: “Əl-İttihad”ın təklifini rədd etdi
15.01.2026 - 13:53
"Fənərbaxça" Nqolo Kantenin transferini yekunlaşdırmaq üçün son mərhələyə keçib.
Apasport.az xəbər verir ki, bu barədə insayder Yağız Sabuncuoğlu məlumat yayıb.
İstanbul təmsilçisi sabah futbolçunun nümayəndəsinin də iştirak edəcəyi görüşdə "Əl-İttihad" rəsmiləri ilə masaya əyləşəcək və keçidi bitirməyə çalışacaq.
Məlumata görə, Kante hazırkı klubunun ona təqdim etdiyi 2 illik müqavilə, 28 milyon avro maaş və 4 milyon avro bonus təklifini rədd edib.
Qeyd edək ki, Kante 2023-cü ildən "Əl-İttihad"da çıxış edir.
0
0