"Komo" ilk dəfə bir matçda altı qol vurub
25.01.2026 - 12:08
İtaliya futbol çempionatının 22-ci turu davam edir.
Ötən gün keçirilən qarşılaşmada "Komo" evdə "Torinonu" 6,:0 hesabı ilə məğlub edib. Sesk Fabreqasın komandası cəmi 22 turdan sonra 40 xala sahibdir.
Apasport.az xəbər verir ki, bu, "Komo"nun İtaliya çempionatında bütün zamanların rekordudur.
Keçən il klub 49 xalla 10-cu yeri tutmuşdu, amma bu, 38 oyundan sonra baş vermişdi. Bu uğurun nəticəsi olaraq, "Komo" artıq İtaliya liqa turnir cədvəlində beşinci yerə yüksəlib.
Həmçinin bu, komandanın A Seriyası matçında altı qol vurduğu ilk matç olub.
- Stolüstü tennis üzrə ölkə birinciliyi keçiriləcək
- Xabi Alonso qərarını verib: Addım-addım Madridə
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- "Bavariya" ardıcıl 17-ci dəfə Çempionlar Liqasının 1/8 finalına yüksəlib
- Adı "Fənərbaxça" ilə hallanan Vlahoviç karyerası ilə bağlı qərar verib
0
0