Konte komandasını dəyişə bilər
08.05.2025 - 10:32
"Napoli"nin baş məşqçisi Antonio Konte 2024/2025 mövsümünün sonunda klubunu dəyişə bilər.
Apasport.az "Tuttomercato" nəşrinə istinadla xəbər verir ki, mütəxəssis klub rəhbərliyinin transfer siyasətindən razı deyil.
Mənbənin məlumatına görə, ulduz məşqçi ilə Turinin "Yuventus" klubu maraqlanır.
Xatırladaq ki, Antonio artıq 2011-2014-cü illərdə “Qoca sinyora”da çalışıb.
Mövsümün bitməsinə üç tur qalmış "Napoli" 77 xalla İtaliya çempionatının turnir cədvəlinə başçılıq edir və ikinci yerdə qərarlaşan "İnter"i 3 xal qabaqlayır.
- "Tottenhem"in futbolçusu əməliyyat olunub
- Pavol Şafranko: "Hər iki komanda üçün maraqlı oyun olacaq"
- AKAF 1 iyun – Uşaqların Beynəlxalq Müdafiəsi Günü ilə bağlı tədbir təşkil edəcək
- 2026-cı il dünya çempionatında iştirak edəcək 10 komanda - Siyahı
- "Yuventus" Kenan Yıldız üçün böyük təklifi rədd edib
0
0