Korrea qitə dəyişdirir: "Atletiko Madrid"də ayrılıq
19.06.2025 - 15:15
"Atletiko Madrid"in futbolçusu Anxel Korrea karyerasını Meksika çempionatında davam etdirəcək.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
30 yaşlı argentinalı forvard "Tiqres"ə keçir. Artıq tərəflər yekun razılığa gəliblər və yaxın vaxtlarda transfer rəsmi olaraq açıqlanacaq.
Korreanın Meksika klubu ilə 5 illik müqavilə imzalayacağı gözlənilir.
2024/25 mövsümündə forvard "Atletiko"nun heyətində bütün turnirlərdə 46 oyun keçirib, 8 qol vurub, 5 məhsuldar ötürmə verib.
- "Atletiko Madrid" Premyer Liqanın ulduz müdafiəçisi ilə danışıqlara başlayıb
- Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb
- Millimizin 2 boksçusu Debretsendə beynəlxalq turnirə qələbə ilə başlayıb
- Ulduz futbolçu "Qalatasaray"dan gedir - Okan Buruk istəmir
- Azərbaycan çempionatına start verilib
0
0