“Liverpul” bütün turnirlərdə məğlubiyyətsiz seriyasını davam etdirir.
Apasport.az xəbər verir ki, Arne Slotun rəhbərlik etdiyi komanda İngiltərə Premyer Liqasının 18-ci turu çərçivəsində “Vulverhempton”u 2:1 hesabı ilə məğlub edib. Bu nəticə ilə “mersisaydlılar”ın ardıcıl məğlubiyyətsiz oyun seriyası 7 matça çatıb.
“Liverpul” sonuncu dəfə 26 noyabr tarixində Çempionlar Liqasında PSV-yə 1:4 hesabı ilə uduzub. Həmin qarşılaşmadan sonra komanda 5 qələbə qazanıb və 2 heç-heçə edib.
Qeyd edək ki, Premyer Liqada stabil çıxışını davam etdirən “Liverpul” növbəti oyununu 1 yanvar tarixində “Lids”ə qarşı keçirəcək.
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
- Ulduz futbolçu "Qalatasaray"dan gedir - Okan Buruk istəmir
- "Yuventus" son 7 ildə ilk dəfə bunu bacarıb
- "Təcrübəsiz kimi görünsək də, bütün gücümüzü meydanda qoyacağıq"
- "Fənərbaxça" ilə oyundan öncə "Ştutqart"da ciddi itki