“Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub etdi
27.12.2025 - 18:40
İngiltərə Premyer Liqasının 18-ci turu davam edir.
Apasport.az xəbər verir ki, “Mançester Siti” səfərdə “Nottingem Forest”i məğlub edib.
Qarşılaşma Mançester təmsilçisinin 2:1 hesablı qələbəsi ilə yekunlaşıb.
Oyunda hesabı meydan sahibləri açıblar. Omari Hatçinson 54-cü dəqiqədə fərqlənərək “Nottingem Forest”i önə çıxarıb. Lakin qonaqlar tez toparlanıblar. Tijjani Reynders 48-ci dəqiqədə hesabı bərabərləşdirib. Matçın taleyini isə Rayan Çerki həll edib – fransalı yarımmüdafiəçi 83-cü dəqiqədə qələbə qolunu vurub.
0
0