“Mançester Yunayted” və “Çelsi” oyunçularını dəyişə bilər
24.07.2025 - 10:36
"Mançester Yunayted" "Çelsi"nin hücumçusu Kristofer Nkunku ilə maraqlanır.
"Mavilər" fransalı futbolçunu hazırkı transfer pəncərəsində satmağa ümid edir və 27 yaşlı futbolçunun özü də oyunlara çıxa bilməməsi səbəbindən komandadan ayrılmaq niyyətindədir.
Apasport.az "TEAMtalk"a istinadla xəbər verir ki, "qırmızı şeytanlar” Nkunku ilə Alexandro Qarnaçonu dəyişməyə hazırdır.
“Çelsi” uzun müddətdir ki, 21 yaşlı argentinalını izləyir.
Qeyd edək ki, “Bavariya” da Kristofer Nkunkunu heyətinə cəlb etməkdə maraqlıdır.
- Azərbaycanla oyunda zədələndi, millinin heyətindən çıxarıldı
- Mert Hakan: "Düşmənlərimin sözlərini yox, dostlarımın səssizliyini xatırlayacam"
- Arda Turan getdi, dostu da "Eyüpspor"da qalmadı
- "Real Madrid" Səudiyyə Ərəbistanından futbolçu transfer edə bilər
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb
0
0