Mikautadze Premyer Liqa yolunda
15.03.2025 - 16:32

Gürcü hücumçu Jorj Mikautadze İngiltərə Premyer Liqasına keçə bilər.
Apasport.az "TodoFichajes" portalına istinadla xəbər verir ki, “Vest Hem” 24 yaşlı gürcü futbolçunun transferi üçün “Lion”a təklif hazırlayır.
“Lion” da öz növbəsində Mikautadzeni sərfəli qiymətə satmaq istəyir.
Lakin Liqa 1 klubu oyunçu ilə bağlı qərar verməyə tələsmir. Jorja təkcə “Vest Hem” deyil, digər klublar da maraq göstərir.
Nüfuzlu "transfermarkt" portalı Mikautadzenin dəyərini 18 milyon avro olaraq qiymətləndirir.
- Ranyeri İtaliya millisinə rəhbərlik etməkdən imtina edib
- Joze Mourinyo: "Ümid edirəm ki, ağlımdan keçənləri demərəm”
- Azərbaycan Karate Federasiyası 34 il sonra Xankəndi şəhərində
- “Neftçi”nin futbolçusu Azərbaycan çempionatlarında 200-cü oyununu keçirib
- "Qalatasaray" Kaan Ayhanla müqavilə müddətini uzadıb
0
0