"Milan" istədi, "Yuventus" buraxmadı
14.06.2025 - 09:46
"Milan" komandadan ayrılacaq Teo Hernandezə əvəzləyici tapıb.
Apasport.az xəbər verir ki, İtaliya nəhəngi "Yuventus"un sol cinah müdafiəçisi Andrea Kambiaso ilə maraqlanır.
Lakin Turin klubu futbolçusunu satmaq fikrində deyil.
Kambiasonun "Yuventus"la müqaviləsi 2029-cu ilə qədərdir. "Transfermarkt"ın məlumatına görə, futbolçunun hazırkı transfer dəyəri 50 milyon avrodur.
Qeyd edək ki, qışda "Mançester Siti" də futbolçu ilə yaxından maraqlanırdı.
- Elmira Aslanova: "Zirvədən enərkən oksigenim demək olar ki, tükənmişdi" - Müsahibə
- Cüdoçularımız Qran-prini 9 medalla başa vurublar
- "Qəbələ"nin yeni transferi Seydina: “Əlimizdən gələnin ən yaxşısını etmək üçün buradayıq”
- Cüdoçularımız Avropa çempionatında 6 medal qazanıblar
- Kurtua DÇ rekordunu təkrarlayıb
0
0