“Milan” qış transfer pəncərəsində heyətini gücləndirməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, “rossonerilər” ən azı iki futbolçunu transfer etməyi hədəfləyir.
Milan təmsilçisinin əsas prioritetlərindən biri yeni mərkəz hücumçusunun komandaya cəlb edilməsidir. Eyni zamanda klubun mərkəz müdafiəçisi mövqeyində də güclənməyə ehtiyacı olduğu bildirilir.
Son aylarda mediada 32 yaşlı alman hücumçu Niklas Füllkruqun “Vest Hem”dən mümkün transferi ilə bağlı şayiələr yayılıb. “Milan”ın bu transfer variantını ciddi şəkildə nəzərdən keçirdiyi vurğulanır.
Qeyd edək ki, “Milan” A Seriyasında 15 turdan sonra 32 xalla ikinci pillədə qərarlaşıb. Massimiliano Alleqrinin komandası lider “İnter”dən cəmi bir xal geri qalır.
- “Barselona”da itki: Arauxo derbidə oynamayacaq
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- Alim Nəbiyev MMA-də növbəti qələbəsini qazanıb, rəqibini 1-ci raundda nakaut edib
- 6 ildən sonra "Fənərbaxça"ya dönür: "Sarı-lacivərdlilər" daha bir transferi tamamlayıb
- "Fənər" evdə məğlub oldu, AL-də günün nəticələri - YENİLƏNİB