"Milan" "Yuventus"un ulduzu ilə əlaqə saxlayıb
25.12.2025 - 12:58
"Yuventus"un hücumçusu Duşan Vlahoviç "Milan"ın transfer siyahısındadır.
Apasport.az xəbər verir ki, serb futbolçu gələn yay azad agent ola bilər - onun "qoca sinyora" ilə müqaviləsi başa çatır.
"Milan" Vlahoviçin transferi üzərində işləyir. "Rossoneri" artıq oyunçunun agenti ilə görüşüb. İdman direktoru İqli Tare şəxsən onunla müqavilə imzalamaqda maraqlıdır.
Duşan Vlahoviç bu mövsüm 17 matçda 6 qol vurub və 2 məhsuldar ötürmə edib.
- "Qalatasaray" Lookman üçün hərəkətə keçir – 40 milyon avroluq təklif hazırlanır
- Boksçularımız Avropa çempionatına hazırlığı Kastamonuda davam etdirəcəklər
- "Sumqayıt"ın yeni baş məşqçisinin köməkçiləri müəyyənləşib
- Rafa Silva məşqləri bərpa edib
- "Fənərbaxça"nın transferi ingilisləri heyrətə saldı: Trossardın transferi tamamlanıb
0
0