Müller karyerasını ABŞ-də davam etdirə bilər
13.05.2025 - 10:36
Almaniyalı yarımmüdafiəçi Tomas Müller karyerasını MLS-də davam etdirə bilər.
Apasport.az xəbər verir ki, 35 yaşlı futbolçu ilə "Los-Anceles" maraqlanır.
Bu, daha əvvəl mövsümün sonunda "Bavariya"dan ayrılacağını rəsmən elan edən almaniyalı üçün variantlardan biridir.
İddialara görə, Müller hələlik adları açıqlanmayan 2 Avropa komandasından da təklif alıb.
Qeyd edək ki, Tomas bu mövsüm "Bavariya"nın heyətində 43 matçda 6 qol vurub və 6 məhsuldar ötürmə edib.
- Şükürov sərt danışdı: "O bisavadlar uşaqlara nə öyrədəcəklər?" - Açıqlama
- "Qalatasaray" "Fənərbaxça" ilə oyuna 3 itki ilə çıxacaq
- İslam Oyunları: Türkiyə zirvədə – Azərbaycan ilk “altılıq”da
- "Yuventus" əsas oyunçusu ilə müqaviləni uzadır
- AVF Uşaqların Beynəlxalq Müdafiəsi Gününə həsr olunan voleybol festivalı keçirib
0
0