Nigeriyada futbol faciəsi: Futbolçu matç zamanı bıçaqlanıb
11.11.2025 - 09:55
Nigeriyada “Katsina” və “Barau” klubları arasında keçirilən qarşılaşma zamanı oyunçulardan biri bıçaq zərbəsi alıb.
Apasport.az xəbər verir ki, zərərçəkən futbolçunun adı Abraham Nana Kvanedir.
İnsident “Barau”nun ləğv edilən qolundan sonra baş verən iğtişaşlar nəticəsində olub. Hazırda 23 yaşlı futbolçu xəstəxanadadır.
Ağır yaralanan futbolçunun həyati təhlükəsi yoxdur.
Qeyd edək ki, qarşılaşma sona qədər oynanılıb və “Katsina” minimal fərqlə qalib gəlib.
0
0