"Nyukasl" "Real"a 80 milyon ödəyəcək
28.05.2025 - 12:54
"Real Madrid"in hücumçusu Rodriqo İngiltərə Premyer Liqasında işləyə bilər.
Apasport.az xəbər verir ki, bu barədə "Teamtalk" məlumat yayıb.
Mənbənin məlumatına görə, "Nyukasl" braziliyalı hücumçunu transfer etməkdə maraqlıdır. "Sasasağanlar" ulduz hücumçunun transferi üçün təxminən 80 milyon avro ödəməyə hazırdır.
Hücumçunun transfer dəyəri 100 milyon avro olaraq qiymətləndirilir. "Real" və braziliyalı arasında mövcud müqavilə 2028-ci ilin iyunun sonunda başa çatacaq. Ötən mövsüm Rodriqo La Liqada 30 oyun keçirib, 6 qol vurub və 5 məhsuldar ötürmə edib.
- ÇL: PSJ "Liverpul"a, "Real" "Atletiko"ya rəqib oldu - YENİLƏNİB
- Ərəbistandan ayrılır: Portuqaliyalı “Barselona”ya qayıdır
- "Barselona" bu il La Liqada ilk dəfə məğlub olub
- "Əl-Hilal" Premyer Liqa klubunun baş məşqçisi ilə danışıqlar aparır
- Dünya çempionatında bir boksçumuz finala yüksəlib, ikisi bürünc medal qazanıb
0
0