"Flamenqo" ilə Libertadores kubokunu qazanan Leo Pereyra Avropa klublarının radarındadır.
Apasport.az xəbər verir ki, təcrübəli müdafiəçi ilə maraqlananlar arasında "Fənərbaxça" və "Qalatasaray" da var.
Bu mövsüm "Flamenqo"nun heyətində 60 matçın 59-da meydana çıxan və karyerasının ən yaxşı mövsümlərindən birini keçirən braziliyalı müdafiəçinin klubdakı gələcəyi hələ də sual altındadır.
“Fənərbaxça” və “Qalatasaray” 29 yaşlı mərkəz müdafiəçisinin vəziyyətini izləyir. Pereyra ilə Səudiyyə Ərəbistanının "Əl Qadsiah" və Yunanıstan Liqası təmsilçisi "Olimpiakos" da maraqlanır.
29 yaşlı Leo Pereyranın Avropa klubları üçün sərbəst qalma məbləğinin 60 milyon avro olduğu bildirilib.
Hazırda bazar dəyəri 9 milyon avro olan Pereyranın "Flamenqo" ilə müqaviləsi 2027-ci ildə başa çatacaq.
- “Sabah” – “Neftçi” qarşılaşmasının təyinatları açıqlanıb
- Peddi Pimblett: "Topuria 2 ölkəyə də yaltaqlanır, artıq ürəyim bulanır"
- İlqar Aslanov: "Bu təzyiqə hazır idik"
- Arif Əsədov: "Neftçi” çempion olmasa da, ən azı Konfrans Liqası üçün mübarizə aparmalıdır"
- Okan Buruk Türkiyə futbolu tarixinə düşüb