Yarımmüdafiəçi Kristian Pulişiç bu yay "Milan"ı tərk etməyi planlaşdırır.
Apasport.az xəbər verir ki, bu barədə "Tuttosport" nəşri məlumat yayıb.
Mənbənin sözlərinə görə, Pulişiç komandanın hazırkı nəticələrindən narazıdır.
Xatırladaq ki, "Milan" ölkə kubokunun finalında "Bolonya"ya uduzub - 1:0. Həmçinin komanda avrokuboklardan kənarda qalıb. "Milan" İtaliya çempionatının turnir cədvəlində 9-cu yerdədir.
Bu mövsüm Pulişiç bütün turnirlərdə 49 oyun keçirib, 17 qol vurub və 12 məhsuldar ötürmə edib.
“Rossoneri” ilə müqaviləsi 2027-ci ildə başa çatacaq amerikalının xidmətində “Liverpul” və “Mançester Yunayted” maraqlıdır.
- Sabiq "Fənər"lilər Tedeskonun transfer siyahısında - Ferdi Kadıoğlu, Kim Min Je...
- Millimiz Gürcüstanda beynəlxalq turnirdə iştirak edəcək
- Raşford Çempionlar Liqasında Bekhemin göstəricisini təkrarlayıb
- Afrika Kubokunda qapıçı oyun zamanı huşunu itirdi
- "Barselona" - "İnter" matçı təxirə salına bilər