"Qalatasaray" "Napoli"dən əlavə vaxt istəyib
18.07.2025 - 23:44
"Qalatasaray"ın heyətinə qatmağa yaxın olduğu Viktor Osimhenin transferi ilə bağlı daha bir yenilik olub.
Apasport.az xəbər verir ki, "Napoli "nin bir çox transfer tələbini qəbul edən "Qalatasaray" İtaliya klubu ilə son detalları həll etməyə çalışır.
“Sky Italia”nın məlumatına görə, “Qalatasaray”dan bank təminatı tələb edən “Napoli” bu məsələdə zəmanət istəyir.
"Qalatasaray" rəhbərliyi bu zəmanətlər üçün "Napoli"dən əlavə müddət istəyib.
Qeyd edək ki, transferin gələn həftə ərzində yekunlaşacağı gözlənilir.
- Şahmat üzrə “Baku Open-2025” turnirinin başlama tarixi açıqlanıb
- Salah Afrika Millətlər Kubokunda qol seriyasını davam etdirir
- Mbappenin dublu "Real"a 3 xal qazandırdı
- Nigeriya yığması üçün qorxulu an: Ndidi və Osimhenin olduğu təyyarə təcili eniş etdi
- Diaz "Liverpul"dan ayrılır? - "Barselona", yoxsa Səudiyyə Ərəbistanı?
0
0