"Qalatasaray" onu yola salır: Bir dəqiqə belə oynamadan göndərilir
28.10.2025 - 12:35
"Qalatasaray"ın 22 yaşlı futbolçusu Yusuf Demir komanda ilə vidalaşmağa hazırlaşır.
Apasport.az xəbər verir ki, "sarı-qırmızılılar" bu mövsüm bir dəqiqə belə meydana çıxmayan cinah yarımmüdafiəçisi ilə qış fasiləsində vidalaşacaq.
"Qalatasaray" Yusufu 2022-2023 mövsümündə "Rapid"dən 6 milyon avroya transfer edib.
2023-2024 mövsümündə isə onu "Bazel"ə icarəyə verib.
Qeyd edək ki, bu mövsüm Çempionlar Liqasında 3, Super Liqada 4 matçın heyətində yer alan Yusuf Demir heç bir oyunda meydana çıxmayıb.
- Həmyerlimiz Beynəlxalq Universal Döyüş Federasiyasının prezidenti seçilib
- “Ayaks” – “Qroninqen” matçı atəşfəşanlığa görə təxirə salındı - VİDEO
- Dünya çempionu "Mançester Yunayted"ə doğru
- "Sumqayıt" Giorgi Karaişvili ilə yollarını ayırıb
- “Real Madrid” “Mançester Siti”ni məğlub edərək rekorda imza atıb
0
0