“Qalatasaray” futbolçuları Barış Alper Yılmaz və Abdülkerim Bardakcı ilə bağlı mediada yayılan iddialara cavab verib.
Apasport.az xəbər verir ki, İstanbul təmsilçisi yayımladığı rəsmi açıqlamada sözügedən iddialarla əlaqədar İstanbul Baş Prokurorluğuna cinayət işi üzrə müraciət ediləcəyini bildirib.
Klub bəyan edib ki, futbolçuların adından istifadə olunmaqla aparılan məlumat manipulyasiyaları qəbuledilməzdir və faktların təhrif edilməsinə, oyunçuların nüfuzdan salınmasına qətiyyən icazə verilməyəcək.
“Qalatasaray” rəhbərliyi əlavə edib ki, prokurorluq tərəfindən təkzib olunmasına baxmayaraq, bu tip xəbərləri yaymağa davam edən media qurumları və şəxslərlə bağlı hüquqi mübarizə sonadək aparılacaq.
Qeyd edək ki, mediada həbs olunan futbolçu Metehan Baltacının mobil telefonunun araşdırılmasından sonra “Qalatasaray”ın futbolçuları Abdülkerim Bardakçı və Barış Alper Yılmazın da istintaqa cəlb edildiyi iddia olunub. Lakin İstanbul Baş Prokurorluğu bu gün yaydığı rəsmi açıqlama ilə sözügedən iddiaları təkzib edib.
- Sergen Yalçın: "Rafanın meneceri zəng edib klubu təhdid edirdi"
- Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..."
- Misli Premyer Liqasında cari mövsümün məhsuldarlıq rekordu qeydə alınıb
- “Zirə” azarkeşlərinə görə ziyana düşdü
- "Qalatasaray" "Başakşehir"i Sanenin qolları ilə məğlub edib