"Qalatasaray" ilə "Fənərbaxça" arasında gərginlik yaranıb.
Daha əvvəl “Qalatasaray” klubunun mətbuat xidməti yaydığı açıqlamada “Fənərbaxça”nın sabiq prezidenti Ali Koçun komandanın baş məşqçisi Okan Buruku təhdid etdiyini iddia etmişdi. “Sarı-qırmızılılar” Ali Koçun nüfuzundan istifadə edərək türkiyəli mütəxəssisi hədələdiyini bildirərək, bu cür hallara qətiyyən imkan verməyəcəklərini və Okan Burukun arxasında olduqlarını bəyan etmişdilər.
Apasport.az xəbər verir ki, bu paylaşımın ardından “Fənərbaxça” klubu da ictimaiyyətə açıqlama verib.
“Sarı-lacivərdlilər” yayımladıqları bəyanatda Ali Koç ətrafında süni polemikalar yaradıldığını qeyd edərək, bu cür ittihamları qəti şəkildə rədd etdiklərini açıqlayıblar. Klub bəyan edib ki, Türkiyə idman ictimaiyyətində meydan xarici açıqlamalarla gərginlik yaradılması düzgün deyil.
“Fənərbaxça” açıqlamasında həmçinin sağlam düşüncə, məsuliyyət və ədalətin Türk idmanının əsas ehtiyacı olduğu vurğulanıb və ictimaiyyəti qarşı-qarşıya gətirən polemikaların əleyhinə olduqları bildirilib.
- UEFA Millətlər Liqasının finalının ən yaxşı oyunçusunun adını açıqlayıb
- "Fənərbaxça"nın Avropa Liqasındakı rəqibi baş məşqçisi ilə yollarını ayırıb
- Misli Premyer Liqası: Yeni mövsümün ilk turunun oyun cədvəli bəlli olub
- “UFC Fight Night”a bilet satışına start verilib
- "Neftçi"nin keçmiş baş məşqçisi Super Liqa klublarının radarına düşüb