Rafa Silva “Fənərbaxça” ilə oyun üçün heyətə salınmadı
23.12.2025 - 15:15
“Beşiktaş”ın portuqaliyalı futbolçusu Rafa Silva “Fənərbaxça” ilə keçiriləcək oyun üçün heyətə daxil edilməyib.
Apasport.az xəbər verir ki, yarımmüdafiəçinin matçın iştirak ərizəsində yer almaması diqqət çəkib.
Rafa Silvanın heyətdən kənarda qalmasının səbəbi ilə bağlı hələlik klub tərəfindən rəsmi açıqlama verilməyib. Qərarın texniki heyətin seçimi və ya futbolçunun fiziki durumu ilə əlaqəli olduğu ehtimal edilir.
Qeyd edək ki, Türkiyə Kuboku çərçivəsində keçiriləcək “Fənərbaxça” – “Beşiktaş” qarşılaşması bu gün saat 21:30-da start götürəcək.
- Flik "Barselona"nı iki futbolçu ilə gücləndirmək istəyir
- "Əl-Əhli" futbolçusu Merih Demiralın müqaviləsini uzatmaq istəyir
- Tahir Gözel: “Komandanın güclənməsi üçün bütün vasitələrdən istifadə edirik”
- Fatih Tekke bu transferdə israrlıdır: "Kopenhagen"dən "Trabzonspor"a
- ÇL: “Sportinq” PSJ-nin 12 illik seriyasını bitirdi
0
0