"Real" Alaba ilə bağlı qərar verib
06.05.2025 - 08:56
"Real"ın mərkəz müdafiəçisi David Alaba yay transfer pəncərəsində komandadan ayrıla bilər.
Apasport.az xəbər verir ki, futbolçunun uzunmüddətli zədədən qayıtdıqdan sonra yenidən zədələnməsi klub rəhbərliyini narahat edir.
"Real Madrid" bu yay Alabanın fiziki durumu ilə bağlı narahatlıqlar səbəbindən onunla yollarını ayırmaq qərarına gəlib.
David Alaba bu mövsüm "Los Blancos"da 14 matçda iştirak edib. 32 yaşlı mərkəz müdafiəçisinin klubla müqaviləsi 2026-cı ilin ortalarına qədərdir.
Onun transfer dəyəri 10 milyon avro olaraq qiymətləndirilir.
- Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər
- Məsiyev UEFA Superkubokuna təyinat alıb
- “Sabah”dan darmadağın - YENİLƏNİB
- İslam Oyunları: Azərbaycanlı atlet gümüş medal qazanıb
- Qara Qarayev: "Komandamızın texniki-fiziki tərəflərini tez bir zamanda bərpa etməliyik"
0
0