“Çelsi”nin argentinalı yarımmüdafiəçisi Enzo Fernandes karyerasını İspaniyada davam etdirə bilər.
Apasport.az xəbər verir ki, bu barədə “TEAMtalk” məlumat yayıb. Mənbənin iddiasına görə, London klubu 25 yaşlı futbolçunu bu il “Real Madrid”ə satmağa hazır olduğunu qarşı tərəfə bildirib.
Xəbərdə qeyd olunur ki, Enzo Fernandes özü də “kral klubu”na transferə müsbət yanaşır. Lakin “mavilər” argentinalı yarımmüdafiəçini yalnız onları qane edəcək maliyyə şərtləri daxilində buraxmaq niyyətindədir.
Qeyd edək ki, “Çelsi” Enzo Fernandesi 2023-cü ildə “Benfika”dan 121 milyon avro qarşılığında transfer edib. Futbolçu cari mövsüm bütün turnirlərdə 31 oyunda meydana çıxıb, 8 qol vurub və 4 məhsuldar ötürmə edib.
Yarımmüdafiəçinin London təmsilçisi ilə mövcud müqaviləsi 2032-ci ilin iyun ayına qədər qüvvədədir.
- PSJ-dən Yamala fantastik təklif - 230 milyon avro
- “Vest Hem”in gənc futbolçusu Portuqaliya klubunun hədəfində
- Vadim Abdullayev: "Qarabağ"dan sonra ən yaxşı və ən möhkəm komanda "Araz-Naxçıvan"dır"
- Messiyə gözlənilməz evlilik təklifi - VİDEO
- "Neymarın gəlişindən sonra "Santos"un azarkeşləri çoxalıb" - Klub prezidenti