"Real" Rodriqonun transfer qiymətini müəyyənləşdirib
22.05.2025 - 12:18
"Real Madrid" Rodriqonun transfer qiyməti ilə bağlı qərar verib.
Apasport.az xəbər verir ki, Madrid təmsilçisi Rodriqo üçün təxminən 80 milyon avro tələb edəcək.
24 yaşlı futbolçuya əsas namizəd Londonun "Arsenal" klubudur. İddialara görə, London klubu futbolçunun nümayəndələri ilə danışıqlar aparır.
"Transfermarkt" braziliyalı futbolçunun dəyərini 100 milyon avro olaraq qiymətləndirir.
Onun "Real"la hazırkı müqaviləsi 2028-ci ilə qədərdir.
- İstanbulda mərc qalmaqalı: Futbolçular və klub rəhbərləri saxlanılıb
- "Fənərbaxça"dan Tomas Partey bombası
- Trent Buhagiar: "Misli Premyer Liqası İtaliya B seriyasından heç də geri qalmır"
- "Qalatasaray" "Başakşehir"i Sanenin qolları ilə məğlub edib
- 36 cüdoçumuz İspaniya keçirilən Olimpiya Təlim Düşərgəsinə cəlb olunub
0
0