Super Liqa təmsilçisi "Göztepe"nin braziliyalı hücumçusu Romulo Kardoso həm Türkiyə, həm də Avropa klublarının radarına düşüb.
Apasport.az xəbər verir ki, bu barədə "DHA" nəşri məlumat yayıb.
Hollandiyadan "Ayaks" və "Feyenoord", İtaliyadan "Roma", Fransadan "Monako", Almaniyadan "Leypsiq", İngiltərədən "Nottinqem Forest" və Belçikadan "Anderlext"in braziliyalı ilə maraqlandığı bildirilib.
Mənbənin məlumatına görə, Türkiyədən ən ciddi təklif “Trabzonspor”dan gəlib.
Rəhbərlik Romulonun transfer qiymətini ən azı 15 milyon avro olaraq təyin edib.
Ötən mövsüm “Göztepe” ilə 33 matça çıxan braziliyalı futbolçu 17 qol vurub, 10 məhsuldar ötürmə edib.
- “Ayın qolu” layihəsində yanvar ayının qalibləri bəlli olub
- Avropa Liqası: “Fənərbaxça”nın pley-offdakı rəqibi bilindi - YENİLƏNİB
- UEFA Hakimlər Komitəsinin üzvü Byorn Kuypers Bakıya gələcək
- 10-cu dəfə "Qarabağ"ın futbolçusu bombardir olub
- Rüfət Quliyev: "İnanıram ki, "Sabah" "Selye"ni keçəcək" - Müsahibə