Sanço "Çelsi"də qalmaq istəyir
27.05.2025 - 11:15
"Mançester Yunayted"dən "Çelsi"yə icarəyə verilən Ceydon Sanço "Old Trafford"a qayıtmaq fikrində deyil.
Apasport.az xəbər verir ki, bu barədə "Sky Sports" məlumat yayıb.
Mənbənin məlumatına görə, 25 yaşlı cinah yarımmüdafiəçisi "mavilər"də qalmaq istəyir.
"Çelsi" rəhbərliyi də futbolçunun çıxışından razıdır. İcarə şərtlərinə görə, London klubu 20-25 milyon funt-sterlinq arasında tam transfer həyata keçirə bilər.
Daha əvvəl bildirilmişdi ki, “Mançester Yunayted” futbolçunu satmağa hazırdır.
- “Sabah”ın U-10 komandası Rusiyada beynəlxalq turnirə qatılıb
- Premyer Liqa: "Arsenal"dan kritik xal itkisi, "Çelsi"dən darmadağın
- Azərbaycan Kuboku: Final oyununda son iki mövsümün rekordu qeydə alınıb
- "Sabah"ın baş məşqçisi: "Futbolçularımın oyunu çevirmək üçün keyfiyyəti var"
- Maxaçev tam üstünlüklə çempion oldu
0
0