Fransada keçirilən 1998-ci il Dünya Kubokunun 1/4 final mərhələsində ev sahibi Fransa millisi, gərgin və dramatik keçən qarşılaşmada İtaliya yığmasını penaltilər seriyasında məğlub edərək yarımfinala yüksəlib.
_1751488008.jpeg)
Apasport.az xəbər verir ki, əsas və əlavə vaxtda komandalar hesabı açmağa nail olmayıb – 120 dəqiqəlik oyunun ardından tablo 0:0 olaraq qalıb.
Matçın taleyi penalti seriyasında həll olunub. Fransa millisi bu mərhələdə 4:3 hesabı ilə qazanaraq növbəti raunda vəsiqə qazanıb.

Bu qələbə Fransa yığmasının 1998-ci il Dünya Kuboku yolunda dönüş nöqtəsi olub. Yarımfinalda Xorvatiyanı məğlub edən “Les Bleus”, finalda Braziliyanı 3:0 hesabı ilə üstələyərək tarixində ilk dəfə Dünya çempionu oldu.

İtaliya isə ardıcıl üçüncü dəfə Dünya Kubokunda penaltilərdə mübarizəni dayandırdı (1990 – Argentina, 1994 – Braziliya, 1998 – Fransa). Bu uğursuz penalti seriyaları İtaliya futbol tarixində "penalti lənəti" kimi də xatırlanır.