"Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO
23.05.2025 - 15:51
"Tottenhem" oyunçularına medal çatmadı, UEFA üzr istədi - VİDEO

UEFA Avropa Liqasının final matçından sonra keçirilən mükafatlandırma mərasimində xoşagəlməz hal yaşanıb.

Apasport.az xəbər verir ki, həlledici matçda "Mançester Yunayted"ə qalib gələn (1:0) London klubu mükafatlandırılarkən komandanın üç futbolçusuna qızıl medal çatmayıb.

Komandanın kapitanı Xın-Min Son, eləcə də Rodriqo Bentankur və Kristian Romero medalsız qalıb.

UEFA Avropa Liqasının finalından sonra baş verənlərə görə "Tottenhem"dən üzr istəyib:

"Təəssüf ki, mükafatlandırma mərasimi zamanı oyunçuların və medalların sayında gözlənilməz uyğunsuzluq oldu. Səhnədə təqdim etmək üçün kifayət qədər medalımız olmadı. Medallar dərhal soyunub-geyinmə otağında qalib komandaya çatdırıldı. Buna görə üzr istəyirik".