“Trabzonspor” doğma meydanda xal itirib
08.11.2025 - 20:11
Türkiyə Super Liqasının XIII turunda “Trabzonspor” doğma meydanda “Alanyaspor”u qəbul edib.
Apasport.az xəbər verir ki, qarşılaşma 1:1 hesabı ilə başa çatıb.
Matçın 36-cı dəqiqəsində “Alanyaspor”un futbolçusu Ahmed Hassan komandasını önə keçirib. 67-ci dəqiqədə Edin Vişça fərqi aradan qaldırıb – 1:1.
Bu nəticədən sonra “Trabzonspor” xallarını 23-ə yüksəldib, “Alanyaspor” isə 13 xalla turnir cədvəlində aşağı sıralarda yer almağa davam edib.
- "Bavariya"nın futbolçusu "Arsenal"la danışıqlar aparır
- Aerobika gimnastikası üzrə qarışıq cütlüyümüz Avropa çempionu olub
- "Milan" A Seriyasının bombardiri uğrunda "Yuventus"la yarışacaq
- Maqsud Adıgözəlov: "Nəticələrdən narazıyıq, Berezutskidən yox"
- "Traktor" azarkeşləri çempionluğu İstanbulda qeyd ediblər - VİDEO
0
0