Portuqaliya millisinin və “Əl Nəsr”in hücumçusu Kriştiano Ronaldo Ağ Evdə qonaq olub.
Apasport.az xəbər verir ki, bu barədə o, sosial şəbəkə hesabında paylaşım edib.
Ronaldo Ağ Evdə Trampın vəliəhd şahzadə Məhəmməd bin Salman üçün təşkil etdiyi şam yeməyində iştirak edib.
Tramp şam yeməyinə qatıldığı üçün ulduz futbolçuya təşəkkür edib:
“Kristiano, burada olduğun üçün təşəkkür edirəm. Bu, həqiqətən bir şərəfdir. Oğlum sənin böyük azarkeşindir. Bu tədbirdə dünyanın ən böyük liderləri, biznes və idman adamları iştirak edir. Bilirsiniz, oğlum Ronaldonun böyük azarkeşidir. Ronaldo haradadırsa, o da oradadır”.

- Orkun Kökçü transferi üçün "Beşiktaş"dan ilk addım
- II Liqaya vəsiqə uğrunda pley-off görüşünün təyinatları açıqlanıb
- "Hayduk"un baş məşqçisi: "15 ildir ki, komanda avrokuboklarda yaxşı çıxış etmir"
- "Fənər" evdə məğlub oldu, AL-də günün nəticələri - YENİLƏNİB
- Bülent Uygun üçün acı gün: Qızı vəfat etdi