Türkiyə millisinin və "Lill"in qolkiperi Berke Özer cəzalandırıla bilər.
Buna səbəb futbolçunun DÇ-2026-nın seçmə mərhələsi çərçivəsində keçirilən Bolqarıstanla matçdan sonra komandanın düşərgəsini icazəsiz tərk etməsidir.
Apasport.az-ın məlumatına görə, Türkiyə Futbol İntizam Təlimatında yer alan maddəyə əsasən, üzrlü səbəb olmadan rəsmi və ya özəl milli yarışlarda və ya hazırlıqlarda iştirak etməyən, gec qatılan, yaxud məşq və ya yarış yerini tərk edən futbolçular 2 aydan 1 ilədək yarışlardan kənarlaşdırılmaqla cəzalandırılır.
Berke Özerin bu maddə ilə cəzalandırılacağı gözlənilir. TFF bunu FİFA-ya bildirərsə, FİFA İntizam Komitəsi cəzanın beynəlxalq olub-olmamasına qərar verəcək.
Xatırladaq ki, Türkiyə Futbol Federasiyası futbolçunun öz istəyi ilə və icazəsiz düşərgədən ayrıldığını açıqlasa da, 25 yaşlı qolkiper qurumun sözlərini inkar edib. O, texniki və inzibati heyətin icazəsi ilə təlim-məşq toplanışını tərk etdiyini bildirib.
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- "İnter" yeni forvard transfer etməyə yaxındır
- "Aruka"nın fədakar azarkeşi 1448 km yol qət etdi, komandasını tək buraxmadı - VİDEO
- Sergen Yalçın Rafa Silva haqqında: "İndiki halda komandada qalması..."
- Haiti yığması Mərdəkanda - FOTO