Türkiyə Futbol Federasiyasının yeni formatda təşkil edəcəyi Super kubokun 4 iştirakçısı bəlli olub.
Apasport.az xəbər verir ki, turnir formatında keçiriləcək kubok oyunlarının yarımfinal cütlərinin adına aydınlıq gəlib.
Liqanı və kuboku çempion kimi başa vuran “Qalatasaray” yarımfinalda kubokun finalçısı “Trabzonspor”la cütləşib.
Super Liqanın son həftəsində üçüncü yeri tutan “Samsunspor” turnirdə iştirakını təsdiqləyən sonuncu komanda olub.
Liqa 2-cisi "Fənərbaxça" və Liqa 3-cü olan "Samsunspor" yarımfinalda qarşılaşacaq.
Qeyd edək ki, Super kubokun yarımfinal və final oyunları 2026-cı ilin yanvarında oynanılacaq.
- Azərbaycan - İngiltərə matçında azarkeş rekordu qeydə alınıb
- Azərbaycanda keçiriləcək dünya çempionatı ilə əlaqədar Təşkilat Komitəsi yaradılıb
- "Fənərbaxça"dan Tomas Partey bombası
- “Turan Tovuz”dan böyük üstünlük, Azərbaycan derbilərinin fərqi
- "Atalanta" Lukman üçün 50 milyon avro tələb edir - "İnter" daha az təklif edir