UEFA maliyyə feyr-pley qaydalarını pozan klubların cəzalarını açıqlayıb.
Apasport.az xəbər verir ki, bu barədə qurumun rəsmi saytı məlumat yayıb.
Klubların hər biri ilə barışıq razılaşması əldə olunub.
Ən yüksək cəriməni "Çelsi" alıb - 80 milyon avro. London klubu 20 milyon avro ödəyəcək, qalan 60 milyon şərti cərimədir.
“Çelsi” 4 il müddətində UEFA tərəfindən nəzarətdə saxlanılacaq.
"Barselona" 2 illik müşahidə müddəti ilə 60 milyon avro (15 milyon + 45 milyon şərti) cərimə olunub.
UEFA həmçinin "Lion" (12,5 milyon + 37,5 milyon), "Aston Villa" (5 milyon + 15 milyon) və "Hayduk" (0,3 milyon + 0,9 milyon) klublarını da cəzalandırıb.
- Azərbaycan millisinin üzvü futboldan uzaqlaşdırılıb - Rəsmi
- Elçin Məmmədov “Fənərbaxça” – “Reyncers” matçına təyinat alıb
- "Bavariya" və "Çelsi" "Atletiko"nun futbolçusu üçün 70 milyon avro ödəməyə hazırdır
- "Qalatasaray" Barış Alper Yılmazla yeni müqavilə imzalayıb
- İslamiada: Güləşçimiz bürünc medal üçün xalça üzərinə çıxacaq