UEFA Ukrayna Futbol Assosiasiyasını (UAF) növbəti dəfə cərimə edib.
Apasport.az xəbər verir ki, ukraynalılar azarkeşlərin davranışları ilə bağlı iki ayrı pozuntuya görə ümumilikdə 19 min avro ödəməli olacaq.
UAF azarkeşlərin meydana daxil olmasına görə 10 min avro, tribunalarda pirotexniki vasitələrdən istifadə edilməsinə görə isə 9 min avro cərimələnib.
Bu qayda pozuntuları DÇ-2026-nın seçmə mərhələsində İslandiya ilə keçirilən son matçda qeydə alınıb.
Bundan başqa, UEFA ukraynalı azarkeşlərin Rusiya ilə bağlı nümayiş etdirdiyi bannerlə bağlı araşdırmanı da yekunlaşdırıb. Söhbət AVRO-2024-ün seçmə mərhələsində Bosniya və Herseqovina ilə oyun zamanı tribunada asılmış pankartdan gedir. UEFA bannerin məzmununun “siyasi və təxribat xarakterli” olduğunu bildirərək UAF-ı əlavə 15 min avro cərimələyib.
Beləliklə, Ukrayna Futbol Assosiasiyası toplam 34 min avro cərimə ilə üzləşib.
- A Seriyasında komanda sayı azaldılacaq?
- Salah "Liverpul"un heyətindən kənarlaşdırılıb
- Zədəli futbolçular üçün son sınaq: Duran və Ederson "Ştutqart" matçında oynaya bilər
- Bakıda beynəlxalq təlim-məşq toplanışı başlayıb
- Azər Məmmədov : "Legioner limitinin birdən-birə tam olaraq ləğvinin əleyhinə idim"