Vaskes "Real"dan ayrılır
21.05.2025 - 13:55

"Real"ın futbolçusu Lukas Vaskes klubdan ayrılacaq.
Apasport.az xəbər verir ki, bu barədə insayder Fabritsio Romano məlumat yayıb.
Onun sözlərinə görə, 33 yaşlı oyunçu yayda keçiriləcək klublararası dünya çempionatından sonra komandasını tərk edəcək.
Qeyd edək ki, Vaskes 2015-ci ildən Madrid nəhənginin formasını geyinir. O, bu müddət ərzində meydana çıxdığı 399 oyunda 38 qol, 73 məhsuldar ötürmə ilə yadda qalıb.
- "Qalatasaray" üçün qara gecə, "Fənərbaxça" turun qapısını açdı - YENİLƏNİB
- “Adriatik incisi”: Bir boksçumuz finala yüksəlib, üçü bürünc medal qazanıb
- "İnter"in qapıçısı "Barselona" ilə oyunun ən yaxşısı seçilib - VİDEO
- Feliks keçmiş klubuna qayıda bilər
- III MDB Oyunlarına hazırlıqla bağlı müvafiq işçi qrupunun növbəti iclası keçirilib
0
0