İngiltərə FA Kubokunun üçüncü turunda “Liverpul” öz meydanında “Barnsley”i rahatlıqla məğlub edib. “Qırmızılar” görüşdə dörd qol vuraraq (4:1) növbəti mərhələyə adlayıblar.
Apasport.az xəbər verir ki, matçda diqqət çəkən məqamlardan biri alman hücumçu Florian Virtzin performansı olub. O, qarşılaşmanın 84-cü dəqiqəsində komandasının üçüncü qoluna imza atıb.
Məlumata görə, Virtz 2001-ci ildən sonra “Liverpul” forması ilə FA Kuboku matçında qol vuran ilk alman futbolçu kimi tarixə düşüb.
Sonuncu belə qol həmin ilin fevral ayında Markus Babbel tərəfindən “Mançester Siti”yə qarşı oyunda vurulmuşdu. Həmin görüşdə “Liverpul” 4:2 hesablı qələbə qazanmışdı.
- "Fənərbaxça" - "Qalatasaray" matçı Madrid derbisindən daha maraqlıdır"
- ÇL: Pley-off cütləri müəyyənləşdi - YENİLƏNİB
- Kurban Berdıyev İqnatyevin vəfatı ilə bağlı başsağlığı verib
- "Roma" "Mançester Yunayted"in futbolçusu ilə danışıqlara başlayıb
- Qurban Qurbanov "Qarabağ"ın baş məşqçisi kimi 800-cü oyununu keçirib