Xabi Alonso: "Oyunçu olmaq məşqçi olmaqdan yaxşıdır"
26.06.2025 - 13:16
"Real"ın baş məşqçisi Xabi Alonso məşqçilik haqqında fikirlərini bölüşüb.
Apasport.az xəbər verir ki, təcrübəli çalışdırıcı bu barədə "Salzburq"la mətbuat konfransından öncə danışıb:
"Məşqçi olmaq stresli işdir, amma təcrübədən həzz almağa çalışıram. İşimi çox bəyənirəm. Baxmayaraq ki, futbolda ən yaxşı şey oyunçu olmaqdır".
İspan futbolçu karyerasını 2017-ci ildə başa vurub, bundan sonra məşqçi karyerasına başlayıb. Mütəxəssis “Bayer”də baş məşqçi kimi uğur qazanıb və iyunun əvvəlində "Real"dan Braziliya millisinə keçən Karlo Ançelottini əvəzləyib.
- "Yunayted"i yaxşı tanımırlar: Tarixi qələbəni qaçırtdılar - VİDEO
- "Atalanta" xorvat baş məşqçi ilə danışıqlar aparır
- Kənan Kərimov: "Əlimizdə olan heyətlə Premyer Liqada çıxış etmək mümkün deyil"
- Əfran İsmayılov: "Heç kim bizimlə oynamaq istəmir" - Müsahibə
- Donnarumma 2025-ci ilin ən yaxşı qapıçısı seçildi
0
0