Yamal İspaniya millisinin heyətində ilk dubla imza atıb
06.06.2025 - 10:39
"Barselona"nın vingeri Lamin Yamal Millətlər Liqasının yarımfinalında Fransa ilə matçda iki qol vurub.
Apasport.az xəbər verir ki, matçın 54-cü dəqiqəsində penaltini dəqiq yerinə yetirən 17 yaşlı futbolçu 67-ci dəqiqədə növbəti qolu vurub.
Bu, Yamalın milli komandadakı ilk dubludur.
Lamin Yamal İspaniya millisinin heyətində 20 oyunda ümumilikdə 6 qola imza atıb. Futbolçu 2023-cü ilin sentyabrında millidə debüt edib.
- Əsas heyət problemi Palhinyanı “Bavariya”dan uzaqlaşdırır – Sabiq klubu onu geri istəyir
- Eduard Mendi “Əl-Əhli” ilə yeni müqavilə imzalayıb
- Arda Turanın komandası Avropa Liqasının ev oyunlarını Sloveniyada keçirəcək
- Felipe Santos: "Çətin ki, "Araz-Naxçıvan"da qalım" - Müsahibə
- "Traktor" azarkeşləri çempionluğu İstanbulda qeyd ediblər - VİDEO
0
0