Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq
14.01.2026 - 17:33
Yayda gəldi, qışda yola saldılar - Super Liqa klubunda ayrılıq

Türkiyə Super Liqa təmsilçisi "Eyüpspor" futbolçusu Kerem Demirbay ilə yolları ayırıb. 

Apasport.az xəbər verir ki, bu barədə İstanbul klubu açıqlama yayıb.

Kerem Demirbay cari mövsümdə “Eyüpspor”un heyətində 16 oyunda 1 asistlə yadda qalıb. 

Qeyd edək ki, Demirbay "Eyüpspor"a ötən ilin yay transfer pəncərəsində qoşulmuşdu.