Yılmaz Vural bu klubdan da ayrıldı
09.10.2025 - 12:02
Türkiyəli mütəxəssis Yılmaz Vural “Sarıyer” klubundan istefaya göndərilib.
Apasport.az xəbər verir ki, bu barədə 1-ci liqa təmsilçisinin mətbuat xidməti məlumat yayıb.
72 yaşlı mütəxəssis sentyabrın 17-də İstanbul klubunun baş məşqçisi təyin edilmişdi.
Komanda onun rəhbərliyi altında 4 oyunun 3-də məğlub olub, 1-də qalib gəlib.
Qeyd edək ki, Yılmaz Vural indiyədək 32 fərqli komandada işləyib.
- Nadir Nəbiyev: "İndiki halda limitin ləğv olunmasını istəməzdim, ancaq.."
- "Qalatasaray"da Musleranın yerinə namizəd: "Qarabağ"ın rəqibindən
- Son dəqiqə: Super Liqada aşağı liqaya düşəcək ilk komanda müəyyənləşib
- "Liverpul" yunan futbolçunu komandadan göndərir
- Millimiz Almaniyada keçirilən beynəlxalq yarışı bir medalla başa vurub
0
0