"Yuventus" "Milan"ın ulduzunu transfer edə bilər
21.05.2025 - 08:56
Teo Hernandes transferi
"Milan"ın sol cinah müdafiəçisi Teo Hernandes komandasını dəyişə bilər.
Apasport.az xəbər verir ki, "rossonerilər" fransızla yeni müqavilə ilə bağlı razılığa gələ bilməyib.
"Yuventus" Teo Hernandesi transfer edəcəkmi?
İddialara görə, "Yuventus" 27 yaşlı futbolçu ilə maraqlanır.
"Milan"ın növbəti transfer pəncərəsində Teo Hernandesi satmaq ehtimalı var.
Daha əvvəl “Mançester Siti” və “Real Madrid”in də müdafiəçini transfer etmək istədikləri barədə xəbərlər yayılıb.
Teo Hernandesin gələcəyi yay transfer dönəmində aydınlaşacaq.
- "Zirə"nin və millinin çalışdırıcısı: "Əsas məsələ Azərbaycanı xarici ölkələrdə yaxşı təmsil etməkdir"
- PSJ-dən Yamala fantastik təklif - 230 milyon avro
- İtaliya çempionatı: “Komo”dan darmadağın, “Fiorentina” məğlub oldu
- Bakıda qolsuz sülh - YENİLƏNİB
- II Liqada pley-off matçının nominal meydan sahibi müəyyənləşib
0
0