Azərbaycan millisinin üzvü Bədavi Hüseynov milli komandamızın boş qalan baş məşqçi postu haqda fikrilərini bildirib.
Futbolçu bu barədə apasport.az saytına açıqlama verib.
Hüseynov əvvəlcə millinin sabiq çalışdırıcısı Canni De Byazi haqda danışıb:
“Öncə, Canni De Byaziyə burada olduğu dönəmə görə təşəkkür etmək istəyərdim. Bu təcrübədən də nəsə götürdük. Ona gələcək karyerasında uğurlar arzulayıram".
"Millinin yeni baş məşqçisi məsələsini şərh etməyə gəldikdə, düzü, bu, mənim işim deyil. Mən hələ futbolçuyam. Amma düşünürəm ki, bizim mütəxəssislər xaricilərdən geri qalmır. Bunu dəqiq deyə bilərəm. Baxın, bizim məşqçilər necə inkişaf edir. Məncə, onlar artıq bu məsuliyyəti öz üzərinə götürməyə hazırdırlar. Milli komandada yerli baş məşqçi işləyərsə, buna ancaq şad olaram”.
- Fernandu Santuş: "Hamımız cəzalandırılmalıyıq, tək mən yox"
- Adrian Pit: "Qarabağ" "Xəzər Lənkəran"dan fərqli olaraq, heç vaxt vaz keçmədi"
- Fan-klub liderindən etiraf: Rəhbərlik Samir Abasova qarşı bizi doldurmuşdu
- Vüsal İsgəndərli: "“Qalatasaray”a qol vurduqdan sonra..." - Müsahibə
- Dərsimiz səbir, mövzumuz “Neftçi” - Köşə